“Gürcü arzusu-demokratik Gürcüstan” partiyası ölkədə dövlət çevrilişinə imkan verməyəcək" - Bidzina İvanişvili

“Gürcü arzusu-demokratik Gürcüstan” partiyası ölkədə dövlət çevrilişinə imkan verməyəcək" - Bidzina İvanişvili

Gürcüstanda heç bir çevriliş olmayacaq. “Gürcü arzusu-demokratik Gürcüstan” partiyası kifayət qədər güclüdür və buna imkan verməz.

SİA xəbər verir ki, bu sözləri Gürcüstanın hakim “Gürcü arzusu- demokratik Gürcüstan” partiyasının sədri Bidzina İvanişvili “İmedi” televiziyasına müsahibəsində söyləyib.

O deyib: “Bu gün ölkə müxalifətinin Eduard Şevardnadzenin hakimiyyəti dövründə olduğu kimi, dövlət çevrilişi etmə şansı yoxdur. Bu, ağlasızmazdır. E.Şevardnadzenin zəif komandası var idi. Amma “Gürcü arzusu” kifayət qədər güclüdür”.

Birləşmiş müxalifətdə təmsil olunanları müflisləşmiş siyasətçilər adlandıran partiya sədri deyib ki, proporsional seçki sisteminə keçidin baş tutmamasında dramatik heç nə yoxdur. “Siyasətçilərin söz verib və onu yerinə yetirməmələri ilə bağlı dünya təcrübəsi var. Bu gün prosesləri küçəyə çıxarmağa da ehtiyac yoxdur”, – deyə B.İvanişvili vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə