Türkiyə ABŞ-a dəfələrlə müraciət edərək böyük pullar yatırdığı "F-35" təyyarələrinin uçuş kodlarını istəsə də ABŞ Müdafiə Nazirliyi bu istəyi mənfi cavablandırır. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, 16 milyard dollarlıq layihədə iştirak edən Ankaraya ABŞ-ın döyüş reaktivlərinə aid kodları və proqrama aid texnologiyanı verməməsi Türkiyəni narahat edir.
Təxminən 100 təyyarə almağı planlaşdıran Ankara kodlara sahib olmadığı halda əslində təyyarələrə də sahib ola bilməyəcək. Kodun verilməməsi isə təyyarələrin kənardan idarə olunması, elektronik müharibə qarşısında müdafiəsiz qala biləcəyi və proqrama hər hansı bir müdaxilə olunmayacağı anlamına gəlir. Eyni səbəbə görə İngiltərənin də konsorsiumdan çəkiləcəyi bildirilir. İndi Türkiyənin necə davranacağı gözlənilir. "F-35"in aqibəti isə 13 apreldə ABŞ-da keçiriləcək ABŞ-Türkiyə toplantısında bəlli olacaq. Bu toplantıda Türkiyəni Müdafiə Sənayesi Nazirliyinin məsləhətçisi Murad Bayar təmsil edəcək.
Türkiyə gələcəyin ovçu təyyarəsi olaraq hazırlanan "F-35" layihəsində İngiltərə, İtaliya, Danimarka, Norveç, Avstraliya, ABŞ və Kanada ilə birlikdə iştirak edir. İlk istehsalı 2015-ci il üçün nəzərdə tutulan olan layihənin maliyyələməsinə 10 milyard dollar ayrılmışdı. Ancaq sonradan layihənin yekun büdcəsinin 16 milyard dollara çatacağı ifadə olunur. Bir "F-35"in xərci layihənin startında 60 milyon dollar olduğu deyilsə də, indiki halda Türkiyənin bir təyyarə üçün xərcinin 160 milyon dolları olacağı ifadə edilir. Türkiyə görünməz və inkişaf etmiş döyüş qabiliyyəti olan "F-35"dən 100 ədəd almağı nəzərdə tutur. "F-35"lər Türkiyə Hava Qüvvələrinin bel sütununu təşkil edən "F-16"ları əvəz edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB