Gürcüstan Milli Bankı hərraca 20 milyon dollar çıxaracaq

Gürcüstan Milli Bankı hərraca 20 milyon dollar çıxaracaq

Gürcüstan Milli Bankı bu gün valyuta hərracına 20 milyon ABŞ dolları çıxaracaq. SİA-nın xəbərinə görə, bu barədə bank məlumat yayıb. Bugünkü rəsmi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,9753 lari təşkil edir.

“Bloomberg” platformasında dolların dəyəri 3 lariyə yaxınlaşıb. Valyuta dəyişmə məntəqələrində 1 ABŞ dollarının dəyəri 2,95 - 2,97 lari arasında dəyişir. Oktyabrın 30-na əsasən, Milli Bankın ehtiyatları 3 milyard 386 milyon dollara bərabərdir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə