Tramp jurnalistlərə açıqlama verib

Tramp jurnalistlərə açıqlama verib

"ABŞ prezidenti Donald Tramp Bolqarıstanın baş naziri Boyko Borisovla görüşdən öncə jurnalistlərə açıqlama verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Prezident açıqlamasında bildirib ki, Bolqarıstan ABŞ-dan F-35-ləri və digər silah-sursatı sifariş edib və eləcə də çox sayda hərbi ləvazimat alıblar.

Bolqarıstanın baş naziri Boyko Borisov ev sahibliyi etdiyinə görə, Trampa öz təşəkkürünü bildirib və qeyd edib ki, vizalarla bağlı problemi həll etməyi düşünürük.

Donald Trump baş nazirlə görüşündən sonra edilən açıqlamada iki ölkə arasında dostluq və ittifaqın olduğunu vurğulayıb. Həmçinin, Bolqarıstanla-ABŞ arasında müdafiə texnologiyası və sənaye tərəfdaşlığını daha da dərinləşdirməyi planlaşdırırıq deyə o, qeyd edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə