Ağ Evdə daha bir istefa olub

Ağ Ev rəhbərinin müavini Deniel Uolş istefaya gedib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 28 il dövlət qulluğunda çalışan Uolş istefadan sonra özəl sektora getməyi planlaşdırır. ABŞ Prezidenti Donald Tramp onu öz komandasının fantastik üzvü kimi dəyərləndirib.

“Ağ Evdə bacarıqlarını inkişaf etdirən bütün şəxslər kimi o da özəl sektorda böyük bir iş təklifini qəbul etdi”, - deyə Trampın bəyanatında deyilir. Onun yerinə kimin gətiriləcəyi hələ ki, məlum deyil.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə