Konqo Demokratik Respublikasındakı etiraz aksiyalarında dörd nəfər ölüb

Konqo Demokratik Respublikasındakı etiraz aksiyalarında dörd nəfər ölüb

Konqo Demokratik Respublikasında BMT əleyhinə etiraz aksiyalarında dörd nəfər ölüb.

SİA “gazeta.ru” saytına istinadən xəbər verir ki, iğtişaşlar zamanı həmçinin on mülki şəxs və üç hərbçi yaralanıb.

Məlumata görə, bir qrup silahlı şəxs BMT-nin Konqodakı missiyasının bazasına girərək ərazini, eləcə də şəhər meriyasının binasını atəşə tutublar.

Bu arada BMT-nin Konqo Demokratik Respublikasındakı Sülhməramlı Missiyası "Twitter"də bəyanat yayaraq nümayişçiləri sakit və təmkinli olmağa çağırıb.

BMT nümayəndəliyi sosial mediada yayılan yanlış məlumatlardan və zorakılığa çağırışlardan narahatlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə