Papua Yeni Qvineya sahillərində güclü zəlzələ qeydə alınıb

Papua Yeni Qvineya sahillərində güclü zəlzələ qeydə alınıb

Papua Yeni Qvineya sahillərində 5.4 bal gücündə zəlzələ baş verib.

SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında bildirilib.

Yerli vaxtla gecə saat 4 radələrində hiss edilən zəlzələ Panguna şəhərindən 77 kilometr qərbdə qeydə alınıb. Təbiət hadisəsinin episentri 70,5 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə