Niderland kraliçası Maksima BMT Baş katibinin maliyyə inkişafı üzrə xüsusi vəkili kimi Pakistanda səfərdədir. SİA xəbər verir ki, səfərin birinci günü kraliça İslamabadda maliyyə əməliyyatlarının sadələşdirilməsi ilə bağlı müşavirə keçirib. Müşavirədə BMT-nın, Dünya Bankının, Asiya İnkişaf Bankının yüksək səviyyəli nümayəndələri iştirak ediblər.
Kraliça Maksima Pakistanın maliyyə sahəsindəki uğurlarını yüksək qiymətləndirərək vurğulayıb ki, texnologiyalardan daha çox istifadə böyük nailiyyətlər qazanmağa imkan verəcək.
Maksimanın Pakistan Dövlət Bankının təşəbbüsü ilə yaradılan, insanların rifahı naminə kiçik ödənişlərə sərf olunan xərclərin azaldılmasına və rəqəmsal əməliyyatların artırılmasına xidmət edəcək “Micro Payment Gateway” layihəsinin açılışına qatılacağı da gözlənilir.
Xatırladaq ki, Maksima BMT-nin xüsusi vəkili kimi bütün dünyada bu sahədə keçirilən tədbirlərdə iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB