Müdafiə Nazirliyi “hərbi çevriliş”i təkzib edib

Müdafiə Nazirliyi “hərbi çevriliş”i təkzib edib

İraq Müdafiə Nazirliyi ölkədə “hərbi çevriliş” iddialarını təkzib edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyinin Birgə Əməliyyat Komandanlığından edilən açıqlamada bildirilib ki, "hərbi çevriliş" iddialarının yer aldığı Terrorla Mübarizə Təşkilatına aid veb saytını hakker hücumuna məruz qalıb.

Açıqlamada qeyd edilib ki, Terrorla Mübarizə Agentliyinin rəsmi internet səhifəsindəki “hərbi çevriliş”iddiaları, səhifəni dağıtmış hakkerlər tərəfindən yazıldığı bildirilib.

Nazirlikdən həmçinin bildirilib ki, hərbi çevriliş iddialarının həqiqətlə heç bir əlaqəsi yoxdur. Digər tərəfdən, Terrorla Mübarizə Təşkilatının sədri Talib Şiqati açıqlama edərkən yayılan iddiaları rədd edib.

Qeyd edək ki, Terrorla Mübarizə Agentliyinin veb səhifəsində "twitter və "facebook" hesablarında dünən gecə paylaşılan bir mesajda "Terrorla Mübarizə Təşkilatı başçısı Şigati tərəfindən hərbi çevriliş edildiyi və baş nazir Adil Abdulmehdi'nin həbs olunduğu qeyd edilib.

Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə