İdlibdə son 24 saat ərzində Bəşər Əsəd rejimi və ona dəstək verən Rusiya tərəfindən güclü hücumlara məruz qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Bəşər Əsədin rejim qüvvələri Kefrenbil mahalı, Keferruma qəsəbəsi, Has, Bsakla, Deyr Sünbül və Hazarin kəndlərini havadan hücum edib.
Həmçinin dronların qeyd etdiyi görüntülərdə xəstəxananın tamamilə xarabaya döndüyü görülüb. Maaretennisan kəndində 3 mülki şəxs həyatını itirib, Breysa kəndində isə 5 mülki şəxs yaralanıb. Um Halahil kəndində şiddətli qarşıdurmalar baş verib və bu qarşıdurmalar nəticəsində kənd rejimin əlinə keçib.
Türkiyə ilə Rusiya arasında 17 sentyabr 2018-ci ildə imzalanan sənəddən bu yana İdlibdə Rusiyanın hücumlarında 1300-dən çox vətəndaş ölüb. Hücumların sıx olduğu bölgələrdən nisbətən sakit yerlərə və xüsusilə Türkiyə sərhədi yaxınlığında köç edənlərin sayı isə son 1 ildə 1 milyonu aşıb.
Xəstəxananın direktoru Əli Heşşüm jurnalistlərə etdiyi açıqlamada bildirib ki, "Dünən gecə xəstəxanamız Rusiyanın şiddətli partlayıcı raket hücumuna məruz qalıb. Hücum nəticəsində xəstəxana tamamilə sıradan çıxdı. Ümumilikdə xəstəxanada cərrahiyyə, urologiya, rentgen və uşaq ginekologiya şöbələri pulsuz xidmətlər göstərirdi və bu xidmətdən bir ayda 6 min 500 mülki şəxs faydalanırdı.
Leyla Qəniyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB