İspaniyanın hüquq-mühafizə orqanları narkotik vasitə qaçaqmalçılığında istifadə olunan sualtı qayığa ələ keçirib

İspaniyanın hüquq-mühafizə orqanları narkotik vasitə qaçaqmalçılığında istifadə olunan sualtı qayığa ələ keçirib

İspaniyanın hüquq-mühafizə orqanları narkotik vasitə qaçaqmalçılığı məqsədilə istifadə olunan sualtı qayığa ələ keçirib. Onun göyərtəsinə baxış keçirilərkən iki tondan çox kokain aşkar olunub.

SİA xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.

Məlumata görə, polis azı iki nəfəri saxlayıb. Sualtı qayıq Qalisiya muxtar icmasının sularında aşkarlanıb. Onun Kolumbiyadan gəldiyi ehtimal edilir. Təfərrüatlar barədə hələlik məlumat verilmir.

Başqa bir mənbənin məlumatına görə, gəminin göyərtəsində üç tondan çox kokain olub.

Bütün xəbərlər Facebook səhifəmizdə