Özbəkistan Daxili İşlər Nazirliyi Qarovul Qoşunlarının komandanı, general-mayor Dmitri Pan və istintaq təcridxanasının altı əməkdaşı vəzifəsindən azad edilərək həbs olunub. SİA Özbəkistan Prokurorluğunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Dmitri Pan vəzifədən sui-istifadə maddəsi ilə istintaqa cəlb edilib.
Dmitri Panın və digər saxlanılanların işini Daşkənd şəhərinin hərbi prokurorluğu aparır.
Daxili işlər nazirinin müavini Muxiddin Curayev də işdə verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB