İstanbulda son zamanlar ölkədə artan qadın cinayətlərinə etiraz olaraq yürüş keçirilib
Bu gün İstanbulda son zamanlar ölkədə artan qadın cinayətlərinə etiraz olaraq yürüş keçirilib.
SİA xəbər verir ki, yürüş iştirakçıları şəhərin Kadıköy rayonundan Beşiktaş bölgəsinə doğru hərəkət ediblər.
Təxminən 200 nəfərin qatıldığı aksiya zamanı öldürülən qadınların şəkilləri nümayiş etdirilib, etiraz şüarları səsləndirilib.
Qeyd edək ki, bu ilin əvvəlindən etibarən Türkiyədə 200-dən çox qadın qətlə yetirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB