ABŞ-da sərnişin qatarı minik avtomobilinə çırpılıb: 3 nəfər ölüb

ABŞ-da sərnişin qatarı minik avtomobilinə çırpılıb: 3 nəfər ölüb

ABŞ-ın Florida ştatının cənub-şərqində “Amtrak” şirkətinə məxsus sərnişin qatarı minik avtomobilinə çırpılıb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində avtomobildə olan 3 nəfər ölüb.

Qatarın Mayamidən New-York istiqamətinə hərəkət etdiyi bildirilib.

Qatarda olan 200 nəfər sərnişindən xəsarət alan olmayıb.

Faktla bağlı Yerli polis tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə