Tel-Abyadda bomba səsləri eşidilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türk Silahlı Qüvvələri tərəfindən təşkil edilən "Sülh Çeşməsi"əməliyyatı ilə terror mərkəzlərindən təmizlənən Tel Abyad-ın mərkəzində səhər saatlarında bomba yüklü maşın partladılıb.
Terror təşkilatı PKK/PYD-nin təşkil etdiyi hücumların partlayış səsi Akçakaledən eşidilib. İlk təyinatlara görə, partlayış nəticəsində 4 nəfər ölüb, 26 nəfər yaralanıb. Partlayış sonrası isə hadisə yerinə Türkiyədən tibbi yardım qrupları cəlb edilib və yaralılar Akçakele dövlət xəstəxanasına gətirilib.
Yaralılardan bəzilərinin müalicə üçün digər xəstəxanalara aparıldığı bildirilib. Hücumdan sonra sərhədin hər iki tərəfində təhlükəsizliyin təmini maksimum dərəcədə artırılıb.
Leyla Qəniyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB