Meksikada avtobusun qəzaya uğraması nəticəsində 7 nəfər həyatını itirib

Meksikada avtobusun qəzaya uğraması nəticəsində 7 nəfər həyatını itirib

Meksikanın cənubundakı Çyapas ştatında avtobusun qəzaya uğraması nəticəsində 7 nəfər ölüb, 40 nəfər yaralanıb.

SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirib, nəticədə avtobus yarğana düşüb.

Avtobus San-Kristobal-de-las-Kasas şəhərindən Mexikoya gedirmiş. Rəsmilər hadisənin təfərrüatları ilə əlaqədar istintaq araşdırmalarına başlayıb.

Avtomobil qəzasının mümkün səbəbləri barədə məlumat hələ açıqlanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə