Miqrantlar Samos adasında evlər inşa edir

Miqrantlar Samos adasında evlər inşa edir

Yunanıstanın Samos adasında miqrantlar meşə massivində taxta, sement, daş, tullantılardan evlər inşa edir. Evlər adanın paytaxtından bir kilometr məsafədə yerləşir.

SİA xəbər verir ki, Evlər burada yaşayanları qışda isitmək məqsədi daşıyır. Bildirilir ki, artıq 500 müvəqqəti ev inşa edilib. Bu evlərin hər birində 10 nəfərdən çox adam məskunlaşıb. Meşənin özü də rayonlara bölünüb. Bir rayonda suriyalılar, digərində əfqanlar, üçüncüdə isə afrikalılar yaşayır.

Rayonlara bölünmə son zamanlar baş verən etnik qruplar arasında münaqişələrin qarşısını almaq məqsədi daşıyır. Qeyd edək ki, Yunanıstan hökuməti adalarda düşərgələri bağlamaq və 20 min miqrantı materik Yunanıstana köçürmək niyyətindədir. Qərar icra olunana kimi düşərgələrdə vəziyyətin acınacaqlı hala gəlməməsi üçün miqrantların bəziləri meşələrdə ev salıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə