NATO Liviyanı 24 saat izləyəcək

NATO Liviyanı 24 saat izləyəcək

NATO Liviya hava sahəsini 24 saat izləyəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, mövzu haqqında məlumatla çıxış edən NATO səlahiyyətlisi ilk hava xəbərdarlıq sistemi ilə ilk müşahidə təyyarəsinin bu gün səhər saatlarından Liviya hava sahəsini izləməyə başladığını bildirib. O, "Boeing E-3 Sentry" tipli təyyarənin 8 saat ərzində Aralıq dənizi üzərində uçduqdan sonra vəzifəsi başqa bir NATO təyyarəsinə təhvil verəcəyini ifadə edib.

NATO-nın Liviya hava sahəsini izləmə qərarının mart ayının 7-də qəbul olunduğunu qeyd edən səlahiyyətli hərbi blokun "E-3" təyyarələrinə vəzifəsinə başlama əmrinin dünən verildiyini söyləyib.

NATO-nun əmrində 17 ədəd "E-3" tiplii təyyarə olduğu bildirilir. Bu təyyarələrdən bəziləri Əfqanıstan hava sahəsində vəzifəsini yerinə yetirir.

Bütün xəbərlər Facebook səhifəmizdə