Türkiyə beynəlxalq miqyaslı təhlükəli terrorçunu saxladı

Türkiyə Suriyanın Azaz şəhərində İŞİD qruplaşmasının üvzü olan təhlükəli terrorçunu ələ keçirib. SİA Türkiyə KİV-nə istinadən xəbər verir ki, saxlanılan Cihad əd-Din əl-Nasir Ubeyd 20-yə qədər terror aktının təşkilatçısıdır. O, Almaniya və Rusiyada terror hücumları təşkil edib. Cihad əd-Dinin Yusuf Huda ləqəbi ilə İŞİD sıralarında yüksəsk post sahibi olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə