Liviyada Muammar Qəddafi rejiminin yıxılmasından sonra ölkədə islam rejiminin qurulmasından qorxan İsrail onu muzdlu əsgərlərlə təmin edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İsrailin gündəlik qəzetlərindən olan "Yediot Ahronot"dan adının açıqlanmasını istəməyən bir jurnalist İsrailin Liviyaya təhlükəsizlik baxımından strateji bir nöqtə kimi baxdığını söyləyib. İsrailli siyasi rəsmilərə görə Qəddafinin çöküşü Liviyada islami bir rejim üçün qapı aça bilər.
Muammar Qəddafinin oğlu Seyf əl-İslamın gizlicə İsrailə səfər etdiyi bildirilir. Məlumata görə, İsrailə aid bir təhlükəsizlik şirkəti həftələrdir ki, Qəddafi üçün Afrika ölkələri olmaqla dünyanın bir çox yerindən muzdlu əsgərlər göndərir. Seyf əl-İslamın İsrailə səfərindən sonra bu ölkənin baş naziri Benyamin Netanyahunun Liviyaya dəstək məqsədilə muzdlu əsgərlərin toplanması əmrini verdiyi iddia olunur.
"Yediot Ahronot"un müxbirinə görə 18 fevralda keçirilən bir yığıncaqda İsrailin baş naziri Netanyahu müdafiə naziri Ehud Barak və xarici işlər naziri Aviqdor Libermanla bu məsələni müzakirə edib. Toplantıya Afrikanın bir çox ölkəsində fəaliyyət göstərən təhlükəsizlik şirkəti "Qlobal CST"-ın rəhbəri general İsarel Zefin də qatılıb. Qəzet Seyf əl-İslamın İsraildən peyk görüntüləri ilə yanaşı silah, gecə müşahidə cihazları istədiyi bildirilir.
Məlumata görə, İsrailin xüsusi bir əsgəri birliyi keçən həftələrdə Qəddafi rejiminə dəstək üçün Tripoliyə gedib. Bu birliklərinin Afrikadan gələn muzdlu əsgərlərə təlim keçdiyi söylənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB