Britaniya ordusunun hərbi cinayətləri niyə gizlədilir?

Britaniya hərbi qüvvələrinin İraq və Əfqanıstanda törədə biləcəyləri hərbi cinayətlərin, o cümlədən mülki şəxslərin öldürmələri və işgəncə vermələri ölkənin hərbi rəhbərliyi tərəfindən gizlədilməsi bildirilib. SİA "TASS"a istinadən xəbər verir ki, bu barədə noyabrın 17-də Britaniyanın "Sunday Times" qəzeti və BBC yayım korporasiyasının əldə etdiyi gizli sənədlərdə deyilib.

İngilis hərbçilərinin İraq və Əfqanıstandakı fəaliyətlərini araşdıran hərbi müstəntiqlərə istinad edərək, bu media vasitələri, Britaniya Silahlı Qüvvələrinin xüsusi bölməsi olan Xüsusi Hava-Xidməti (SAS) hərbçilərindən birinin qətllər törətdiyini, habelə Şotlandiyanın "Black Watch" hərbi bölməsinin döyüşçülərinin məhbuslara işgəncələr verildiklərini və onlara qarşı cinsi zorakılıq tətbiq etdiklərini bildirir.

Sənədlərdə İngiltərə Müdafiə Nazirliyi tərəfindən "polisin İraq və Əfqanıstandakı Britaniya qüvvələrinin davranışı dair iddiaları ilə əlaqədar geniş araşdırmalar apardığı" ifadəsi verilmişdir. Krallığın Müdafiə Nazirliyi qeyd edib: "Müstəqil hərbi prokurorluq araşdırılması üçün verilən işlərin heç biri üzrə cinayət təqibi başlamamaq qərarına gəlib".

Bütün xəbərlər Facebook səhifəmizdə