Cari ilin əvvəlindən Ukraynada yol qəzaları zamanı 2716 nəfər həlak olub
2019-cu ilin əvvəlindən Ukraynada yol qəzaları zamanı 2716 nəfər həlak olub.
SİA xəbər verir ki, bu barədə Ukraynanın Patrul Polisinin mətbuat xidməti məlumat yayıb.
Ukraynada yol-nəqliyyat hadisələrində sutkada orta hesabla 9 nəfər həlak olur. Ölümlə nəticələnən yol qəzalarına əsas səbəb sürücünün sükan arxasında sərxoş olması, sürət həddini aşmaq, ötmə qaydalarını pozmaq, telefondan istifadədir.
Xatırladaq ki, noyabrın 17-si yol qəzalarında həlak olanların Beynəlxalq Anım günü kimi qeyd edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə