Çili ilə Perunun sərhəddində zəlzələ baş verib. SİA-nın xəbərinə görə, yeraltı təkanların gücü 6,2 bal təşkil edib. Zəlzələnin episentri Çilinin Arika şəhərindən 110 km şimal-şərqdə qeydə alınıb. Tələfat və dağıntı barədə məlumat verilmir. Eyni zamanda Atlantik okeanda, Cənubi Sendviç adaları ərazisində zəlzələ olub. Yeraltı təkanların gücü 6,5 bal təşkil edib. Zəlzələnin episentri Vısokiy adasından 33 km şimalda qeydə alınıb. Tələfat və dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi gözlənilmir.
Analoji hal Sakit okeanda, Solomon adaları sahillərində baş verib. Yeraltı təkanların gücü 6,6 bal təşkil edib. Zəlzələnin episentri paytaxt Xoniara şəhərindən 133 km cənub-şərqdə qeydə alınıb. Tələfat və dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi gözlənilmir.
Bundan əlavə Filippində də zəlzələ qeydə alınıb. Yeraltı təkanların gücü 5,7 bal təşkil edib. Zəlzələnin episentri Suriqao şəhərindən 54 km şərqdə qeydə alınıb. Nəticədə, onlarla ev dağıntıya məruz qalıb. Tələfat və xəsarət alanların olmadığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB