Yaponiya hökuməti Liviya prezidenti Müəmmar Qəddafi və onun ailəsinə qarşı sanksiyalar tətbiq edib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Yaponiyanın baş naziri Naoto Kan fevralın 26-da BMT Təhlükəsizlik Şurasının çıxardığı qərara uyğun olaraq Qəddafiyə qarşı sanksiya tətbiq edib.
Sanksiya əsasən Qəddafi, onun ailəsinin 6 üzvünün Yaponiyadakı aktivləri dondurulacaq və Qəddafi, onun ailə üzvlərinə, həmçinin Liviyaya silah idxal edən 10 nəfərə Yaponiyaya gəlməyə qadağa qoyulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB