"Sizin Mazlum Kobani kimi tanıdığınız terrorçu Fərhad Abdi Şahin terrorçuların lideri Öcalanın mənəvi övladıdır" - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla ABŞ-da səfərdə olan rəsmi heyət prezident Donald Trampın verdiyi işgüzar yemək masasından sonra ABŞ senatorlarla görüşüb.
SİA Türkiyənin "NTV" telekanalına istinadən verdiyi xəbərə görə, görüşə Donald Trampa yaxınlığı ilə tanınan Respublikaçılar Partiyasından 5 senator da qatılıb.
Senatorlar iki ölkə arasında əlaqələrin daha da inkişaf etməsini, eləcə də Türkiyənin ABŞ üçün önəmli müttəfiq olduğuna görə yenidən öz aralarında görmək istəklərini bildiriblər.
Senatorlar, eyni zamanda S-400 mövzusundan da narahatlıqlarını ifadə ediblər. Onlar rus sistemi ilə F-35-lərin uyğun gəlmədiyini vurğulayıblar.
Rəcəb Tayyib Ərdoğan isə öz növbəsində, kürdlərlə terrorçuların bir-birindən fərqli olduğunu deyib. O, dünyada ən çox kürdün yaşadığı yerin Türkiyə olduğunu bildirib. Əlavə edib ki, Barak Obama hakimiyyəti dövründə Suriyadan Türkiyəyə gələn kürdlərin sayı 360 minə yaxın olub: “Onları heç kimin qəbul etmədiyi halda biz qəbul etdik və bütün problemlərini qarşıladıq. Fəqət sizin kürd dediyiniz hər halda PYD/YPG-dir. Sizin Mazlum Kobani kimi tanıdığınız terrorçu Fərhad Abdi Şahin terrorçuların lideri Abdullah Öcalanın mənəvi övladıdır. Kürdlər başqa, terrorçular başqadır”.
Ərdoğan həmçinin Türkiyənin Suriya ərazisindəki təhlükəsiz bölgə yaratmaq planı haqqında senatorlara məlumat verib. 6 ay və 2 il müddət ərzində təhlükəsiz bölgədə suriyalıların qayıdışı üçün inşaat işləri aparıldığını və suriyalıların demoqrafik probleminin nisbətən həllinə nail olunacağını bildirib: “Təhlükəsiz bölgə Türkiyənin nəzarətində olmalıdır”.
Görüşdə Donald Tramp bildirib ki, Türkiyədə hazırda 4 milyon qaçqın var, onlara Avropanın da sığınacaq verməsini arzulayır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



