İraqda partlayıcı qurğunun işə düşməsi nəticəsində 5 italiyalı hərbçi yaralanıb
İraqda kustar üsulla hazırlanmış partlayıcı qurğunun partlaması nəticəsində 5 italiyalı hərbi qulluqçu yaralanıb.
SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Müdafiə Nazirliyinin Baş Qərargahı məlumat yayıb.
Hərbçilər İraq təhlükəsizlik qüvvələrinin terrorçu qruplaşmalarla mübarizə üzrə təlim missiyasının tərkibində olublar. Onlar helikopterlə xəstəxanaya çatdırılıb. Yaralılardan üçünün vəziyyəti ağırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB