Aleksandr Lukaşenko üç illik fasilədən sonra Avropa ölkəsinə səfər edəcək

Aleksandr Lukaşenko üç illik fasilədən sonra Avropa ölkəsinə səfər edəcək

Belarus prezidenti Aleksandr Lukaşenko Avropa ölkəsinə səfərə hazırlaşır.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu, Lukaşenkonun 2016-cı ildən bəri Aİ ölkəsinə etdiyi ilk səfəri olacaq.

Lukashenko 11 noyabrda Avstriyaya gedəcək. Noyabrın 12-nə qədər isə bu ölkədə qalacaq.

Bundan əvvəl Belarus rəhbəri 1996-cı ildə Avstriyaya səfər etmiş, burada Çernobıl problemlərinə dair beynəlxalq konfransda iştirak etmişdi. 2002-ci ildə Avstriya Olimpiya Komitəsi prezidentinin dəvəti ilə bu ölkədə olub.

Qeyd etmək lazımdır ki, Lukaşenko uzun müddət Belarusu tərk etməyib və ona qarşı tətbiq olunan sanksiyalar səbəbindən AB-yə işgüzar səfərlərə getməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə