Kanadanın Alberta vilayətinin Edmonton şəhərində güclü qarın yağması onlarla yol qəzasının baş verməsinə səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə,
qar noyabrın 9-a keçən gecə yağıb. Hazırda qarın hündürlüyü 20 santimetrə qədərdir. Yol polisi 176 yol qəzası qeydə alıb. Qəzalarda azı 13 nəfər xəsarət alıb.
Şəhərdə qarın təmizlənməsinə 600-ə yaxın texnika cəlb edilib. Yağıntı hələ davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB