Qar 176 qəzaya səbəb oldu

10 Noyabr 2019 10:37 (UTC+04:00)
Kanadanın Alberta vilayətinin Edmonton şəhərində güclü qarın yağması onlarla yol qəzasının baş verməsinə səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qar noyabrın 9-a keçən gecə yağıb. Hazırda qarın hündürlüyü 20 santimetrə qədərdir. Yol polisi 176 yol qəzası qeydə alıb. Qəzalarda azı 13 nəfər xəsarət alıb. Şəhərdə qarın təmizlənməsinə 600-ə yaxın texnika cəlb edilib. Yağıntı hələ davam edir.