Qazaxıstanda havanın kəskin soyuması ilə əlaqədar yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Qazaxıstanda havanın kəskin soyuması ilə əlaqədar yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Qazaxıstanda hava şəraitinin kəskin soyuması ilə əlaqədar əhaliyə xəbərdarlıq edilib.

SİA xəbər verir ki, sinoptiklərin məlumatına görə, Akmola, Pavlador, Aktobe, Kostanay vilayətlərində, eləcə də ölkənin qərb və şimal regionlarında gündüz saatlarında çovğunla müşayiət olunan güclü külək əsəcək, küləyin sürəti saniyədə 15-20 metrə çatacaq.

Hava şəraitinin pisləşməsi nəticəsində respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyatın bütün növləri üçün hərəkət müvəqqəti dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə