Moskva aeroportlarında 45 reys təxirə salınıb

Rusiyanın paytaxtı Moskva şəhərinin hava limanlarında 45 reys təxirə salınıb və ya gecikir. SİA-nın verdiyi məlumata görə, bu barədə informasiya “Yandeks.Cədvəl” portalında yerləşdirilib.

Məlumata əsasən, Vnukova hava limanında 15 reys gecikir. Domodedovoda 7 reys gecikir, 8 reys ləğv edilib, Şerementyevoda isə 15 reys gecikmə ilə həyata keçiriləcək.

Jukovski hava limanındakı uçuşlarda isə gecikmə və ləğvetmə yoxdur. Ümumilikdə gecikmələrin səbəbi açıqlanmayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə