Jurnalistlərə qarşı dövlət çevrilişi ilə bağlı ittiham irəli sürülüb

Jurnalistlərə qarşı dövlət çevrilişi ilə bağlı ittiham irəli sürülüb

Türkiyə məhkəməsi ölkənin iki aparıcı jurnalistinə qarşı hökuməti devirmək cəhdi ilə bağlı ittiham irəli sürüb. SİA-nın xəbərinə görə, məhkəmə Nedim Şener və Əhməd Şıkın həbsi barədə qərar çıxarıb. Polis jurnalistləri cümə axşamı onların evlərinə reyd keçirən zaman doqquz nəfərlə birgə həbs edib.

Reydlər və yoxlamalar Ergenekon şəbəkəsi ilə bağlı təhqiqatin bir hissəsi olaraq həyata keçirilir. Əhməd Şık Ergenekon təhqiqatı ilə bağlı kitabın həmmüəllifi, Nedim Şener isə təhqiqatçı jurnalistdir.

Onların saxlanmasından sonra cümə günü minlərlə insan jurnalistlərin həbsinə etiraz olaraq İstanbul və Ankarada nümayişlər keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə