Vladivostokda Rixard Zorgenin heykəli ucaldılıb

Rusiyanın Vladivostok şəhərində sovet kəşfiyyatçısı, bakılı Rixard Zorgenin heykəli ucaldılıb. SİA-nın verdiyi məlumata görə, açılış mərasimi "Vladivostokun 100 illiyi" prospektində əfsanəvi kəşfiyyatçının adını daşıyan parkda baş tutub.

Qeyd olunub ki, həmin bölgədə R.Zorge öz əməkdaşları ilə birgə Yaponiyadan kəşfiyyat məlumatları əldə edib.

Heykəlin təməl daşı 2012-ci il noyabrın 7-də qoyulmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə