Tacikistanın sərhəd zastavasına hücum edilib ölənlər var

Tacikistanın sərhəd zastavasına hücum edilib ölənlər var

Ötən gecə 20 nəfərdən ibarət naməlum cinayətkar dəstə Tacikistanın paytaxtı Düşənbənin 60 kilometrliyindəki “İşkobad” sərhəd zastavasına hücum edib. SİA Tacikistanın Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunları İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, maskada olan cinayətkarlar sərhəd qoşunlarının 5 avtomatını alə keçiriblər.

Aparılan əməliyyat nəticəsində maskalıların 15 nəfəri öldürülüb, 5-i isə əsir götürülüb.

Atışmada Tacikistanın bir sərhədçisi və bir polis nəfəri həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə