"Ermənistan Rusiyadan “Su-30 SM” tipli çoxməqsədli qırıcı təyyarələri bu ilin dekabr, yaxud gələn ilin yanvar ayında alacağını güman edir". SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın müdafiə naziri David Tonoyan jurnalistlərə bildirib. Bundan əvvəl Ermənistanın Rusiyadan adıçəkilən təyyarələrdən dörd ədədini satın aldığı, yenə də almaq niyyətində olduğu KİV-də yazılmışdı.
Nazir həmçinin Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazasının hərtərəfli modernləşdirildiyini, eyni zamanda bazada hərbçi sayının və ərazinin artırılmayacağını diqqətə çatdırıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB