Əfqanıstanın şimalındakı Bağlan əyalətində törədilən partlayış nəticəsində azı 8 mülki şəxs ölüb, 6 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, əyalət mərkəzi Puli Xumri şəhərinin yaxınlığındakı Dənd-i Şahabuddin qəzasında yol kənarında baş verən partlayışda yaralananlar qadın və uşaqlardır.
Partlayışın məsuliyyətini hələlik heç kim üzərinə götürməsə də, sözügedən bölgənin “Taliban” hərəkatının nəzarətində olduğu bildirilir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB