Rusiyanın Ufa şəhərində məsciddə yanğın baş verib

Rusiyanın Ufa şəhərində məsciddə yanğın baş verib

Rusiyanın Başqırdıstan respublikasının paytaxtı Ufada məsciddə yanğın baş verib. SİA-nın verdiyi məlumata görə, yanğın 15 kvadrat metr ərazini əhatə edib.

Yanğının qarşısını qısa zamanda almaq mümkün olub. Yanğının söndürülməsində 20-dən çox yanğınsöndürən iştirak edib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə