"Hamamböcəkləri, yorğansız və döşəksiz" Vaşinqon həbsxanasının reallıqları
ABŞ həbsxanasından sərbəst buraxılan rus qadın Mariya Butina məhkəmə zamanı olduğu Vaşinqton həbsxanasında saxlanma şəraitindən danışıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Butina Vaşinqton həbsxanasının hər tərəfində hamamböcəklərinin olduğunu, yorğan və döşəyin olmadığını qeyd edib.
“Bu işgəncədir” deyən Butina bir insanın 20, 22, 23 saat bir kamarada tək qalmasının anormal olduğunu söyləyib. Bir sənədin verilməməsinə görə, 18 ay azadlıqdan məhrum edilmək, həbsxana kamerasında 4 ay tək qalmaq və bütün bu məhkəmə çəkişmələrinə dözməyə layiq görülmək düzgündürmü?
Rusiyalı qadın Tanrıya olan inamının həbsxanada ən çətin məqamlarda köməyə gəldiyini etiraf edib: “Tanrı məni tapdı. O hər zaman yaxındadır və mənə ən çətin anlarda yaşamağa kömək etdi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB