ABŞ-da hamı impiçmentdən, Tramp isə seçkilərdən danışır

ABŞ-da hamı impiçmentdən, Tramp isə seçkilərdən danışır

ABŞ Prezidenti Donald Tramp bir il sonra - 2020-ci ilin 3 noyabr tarixində keçiriləcək prezident seçkilərində qələbə qazanacağına tamamilə əmindir. Rusiyanın "TASS" xəbər agentliyinin verdiyi məlumata görə, bunu D.Tramp Ağ Evdə jurnalistlərlə görüşü zamanı bildirib.

Dövlət başçısından ikinci müddətə yenidən seçilə biləcəyinə əmin olub-olmadığı barədə sual veriblər. D.Tramp isə tamamilə əmin olduğunu bildirib: "Mən tamamilə əminəm. Sorğulara görə hər şey çox yaxşıdır".

D.Tramp insanların impiçment haqqında eşitmək istəmədiyini deyib: "İnsanlar impiçment barədə eşitmək istəmirlər. İmpiçment haqqında danışmaq istəyən yalnız yalançı KİV-lər və əsasən bu KİV-lərə işləyən demokratlardır".

Bütün xəbərlər Facebook səhifəmizdə