Fransada avtobusun aşması nəticəsində 4-ü ağır olmaqla 33 nəfər yaralanıb

Fransada avtobusun aşması nəticəsində 4-ü ağır olmaqla 33 nəfər yaralanıb

Fransada Paris-London marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb.

SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisəyə yüksək sürət və yolun yaş olması səbəb olub.

Avtobusda olan 33 sərnişindən 29-u yüngül xəsarət alıb. Dörd nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə