Nepalda avtobusun çaya düşməsi ən azı 15 nəfərin həyatına son qoyub

Nepalda avtobusun çaya düşməsi ən azı 15 nəfərin həyatına son qoyub

Bu gün Nepalda avtobus çaya düşüb.

SİA "sozcu.com.tr" saytına istinadən xəbər verir ki, paytaxt Katmanduya gələn avtobus Sindxupalçok rayonunda yoldan çıxıb və çaya düşüb. Nəticədə ən azı 15 nəfər ölüb, 3 nəfər itkin düşüb, 50 nəfər xəsarət alıb. Xəsarət alanlardan 6-nın durumu ağırdır.

“DD News” telekanalı ölənlər arasında 8 qadın və 2 uşağın olduğu barədə məlumat yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə