Tramp Ukrayna prezidentinin ABŞ-a tezliklə səfər edəcəyinə ümid etdiyini bildirib

Tramp Ukrayna prezidentinin ABŞ-a tezliklə səfər edəcəyinə ümid etdiyini bildirib

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenskini məmnuniyyətlə qəbul edəcəyini və onun ABŞ-a tezliklə səfər edəcəyinə ümid etdiyini bildirib.

SİA “TASS” agentliyinə istinadən bildirib ki, amerikalı lider bu barədə Nyu-Yorka uçmazdan əvvəl Ağ Evin cənub çəmənliyində jurnalistlərə müsahibəsində deyib.

“Çox istərdim ki, o, Ağ Evə gəlsin”, - deyə Tramp qeyd edib və əlavə edib ki, Zelenskinin tez bir zamanda ABŞ-a gələcəyinə ümid edir.

Bütün xəbərlər Facebook səhifəmizdə