Tramp Ağ Evdə jurnalistlərə açıqlama verib

Tramp Ağ Evdə jurnalistlərə açıqlama verib

ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlama verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğanın noyabrın 13-ü Ağ Evdə Donald Trampla görüşünün baş tutub, tutmayacağından danışan Tramp bildirib: "Prezident Rəcəb Tayyib Ərdoğan ilə yaxşı əlaqələrimiz var və ABŞ ilə Türkiyənin Suriyanın şimal-şərqində etdiyimiz razılaşma nəticəsində atəşkəs çox yaxşı tətbiq olundu".

Donald Tramp həmçinin Suriyadakı ABŞ əsgərlərinin evlərinə dönməsini istədiyini vurğulayıb. Biz bir çox ölkələrlə ilə, eyni zamanda, həm Kürdlərlə (YPG / PKK) həm də, Türkiyə ilə çalışırıq.

Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə