Donald Tramp Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri vəzifəsinin icraçısının kimliyinə aydınlıq gətirib

Donald Tramp Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri vəzifəsinin icraçısının kimliyinə aydınlıq gətirib

ABŞ Prezidenti Donald Tramp cümə günü Kevin Makelinenanın Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri vəzifəsindən istefasından sonra bu vəzifəni Çed Vulfun icra etdiyini açıqlayıb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, Tramp Çedin bu vəzifəyə təsdiq ediləcəyi ilə bağlı sualı cavablandırarkən belə deyib: "Hazırda o, Daxili Təhlükəsizlik naziri vəzifəsini icra edir. Onun bu posta təsdiq edilməsini gələcək göstərəcək”.

ABŞ prezidenti əlavə edib ki, Vulf bu vəzifəni noyabrın 11-dən - Veteranlar Günündən sonra tam icra etməyə başlayacaq.

Tramp deyib ki, bu müddət ərzində Kevin Makelinena vəzifəsinin öhdəsindən layiqincə gəlib.

Qeyd edək ki, Kevinin istefası oktyabrın 11-də Tramp tərəfindən elan edilmişdi.

Çed Vulf bundan əvvəl sözügedən qurumda şöbə müdirinin müavini vəzifəsində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə