ABŞ-da Hellouin şənlikləri zamanı baş vermiş atışma nəticəsində ən azı 4 nəfərin ölüb
ABŞ-ın Kaliforniya ştatındakı Orinda şəhərində keltlərin və irlandiyalıların ənənəvi bayramı olan Hellouin şənlikləri zamanı baş vermiş atışma nəticəsində ən azı 4 nəfərin öldüyü, daha bir neçə insanın yaralandığı bildirilir.
SİA "CNN" telekanalının saytına istinadən xəbər verir ki, polisin ilkin məlumatında avtomat silahla şənliyin keçirildiyi evə atəş açan şəxsin hadisə yerindən qaçdığı bildirilir. Qeyd olunur ki, bayramı qeyd etmək üçün evə çoxlu sayda insan toplaşıb. Yaralıları yaxınlıqdakı xəstəxanaya çatdırıblar. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.
ABŞ-da Hellouinə həsr edilmiş daha bir insident iki gün əvvəl Kaliforniya ştatının Lonq-Biç şəhərində baş verib. Həmin atışmada üç nəfər həyatını itirib, daha doqquz nəfər isə yaralanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs isə hələ də axtarışdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB