Tramp Tvitterdən açıqladı: "İŞİD-in yeni lideri var"

Tramp Tvitterdən açıqladı: "İŞİD-in yeni lideri var"

"İŞİD-in yeni lideri var." Bu barədə ABŞ Prezidenti Donald Tramp Tvitter mikrobloqunda yazıb. “Biz onun kim olduğunu bilirik”, - deyə ABŞ Prezidenti qeyd edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Prezident D. Tramp İŞİD terror təşkilatının lideri Əbubəkr Bağdadinin ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürüldüyünü bəyan edib. Ardınca İŞİD bu xəbəri təsdiqləyərək, yeni liderin Əbu İbrahim Haşimi olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə