Avropa Komissiyasının bu gün elan etdiyi məlumata görə, 2018-ci ildə Portuqaliyada meşə yanğınları nəticəsində 37.357 hektar sahə yararsız vəziyyətə düşüb. Bu, Avropa İttifaqında ərazisi meşə yanğınlarından ən çox zərər çəkmiş ölkədir.
Belə ki, meşə yanğınları haqqında Avropa informasiya sistemi keçən il Portuqaliyada 86 yanğın hadisəsini qeydə alıb. Aİ-nin mülki müdafiə mexanizmi 2018-ci ildə Portuqaliya, İsveç, Yunanıstan və Latviyada meşə yanğınlarına qarşı mübarizə məqsədilə beş dəfə səfərbər edilib.
Keçən ilin yayında meşə yanğınlarından zərər çəkmiş ölkələrə kömək məqsədilə 15 təyyarə, 6 helikopter və 400-dən çox yanğınsöndürən səfərbər edilib, nəqliyyat xərclərinin məbləği 1,6 milyon avro olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB