Türkiyə sərhədi yaxınlığında köç edənlərin sayı 1 milyonu aşıb

Türkiyə sərhədi yaxınlığında köç edənlərin sayı 1 milyonu aşıb

Suriyada Bəşər Əsəd rejimini dəstəkləyən Rusiya döyüş təyyarələri İdlibdə gərginliyin azaltma bölgəsində hərbi müxaliflərin mülki yaşayış məntəqələrinə və cəbhə bölgələrinə hücum ediblər. SİA-nın verdiyi məlumata görə, Rusiyaya aid qırıcı təyyarələrinin hücümu nəticəsində 2-si uşaq, 5-i mülki şəxs olmaqla 7 nəfər həyatını itirib.

Rusiya döyüş təyyarələri İdlibin Kefrənbil şəhərinə, Fattirə və Dərkuş kəndlərinə hücum edib. İdlib Mülki müdafiə müdiri Mustafa Hac Yusif səhər saatlarında və günorta saatlarında hava hücumlarında 5 vətəndaşın həyatını itirdiyini söyləyib. Həmçinin, Hac Yusif Kefrenbil mahalında hava hücumları zamanı 2 uşaq və 3 mülki şəxsin öldüyünü söyləyib.

Qeyd edək ki, Türkiyə və Rusiya arasında 17 sentyabr 2018-ci ildə imzalanan razılaşmadan bu yana İdlib gərginliyin azaldılması bölgəsində Rusiyanın hücumları nəticəsində 300-dən çox vətəndaş ölüb. Hücumların sıx olduğu yerlərə nisbətən sakit yerlərə, xüsusilə, Türkiyə sərhədi yaxınlığında köç edənlərin sayı isə son 1 ildə 1 milyonu aşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə