"İraqda cümə günündən bəri hökumət əleyhinə nümayişlər zamanı ölənlərin sayı 100 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İraq parlamentinin insan hüquqları üzrə müvəkkili son 6 gün ərzində paytaxt Bağdad və ölkənin mərkəzi və cənub şəhərlərində etirazlar zamanı ölənlərin sayının 100-ə çatdığını ifadə edib.
O, həmçinin yaralanan nümayişçilərin və polis qüvvələrinin sayının 500-ə yüksəldiyini qeyd edib. İraqlılar ölkənin müxtəlif yerlərində işsizlik, korrupsiyanın olmasına etiraz edirdilər. Oktyabrın əvvəlində cümə günü nümayişlər yenidən davam etdirilib.
Leyla Qəniyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB