Filippində 6.6 bal gücündə zəlzələ baş verib

Filippində 6.6 bal gücündə zəlzələ baş verib

Filippində 6.6 bal gücündə zəlzələ baş verib.

SİA xəbər verir ki, bu barədə yerli Seysmoloji Mərkəz məlumat yayıb.

Ocağı təxminən 20 kilometr dərinlikdə yerləşən zəlzələnin episentri 1,2 milyon nəfərdən çox əhalisi olan Mindanao adasında yerləşən Davao şəhərindən 35 kilometr məsafədə olub.

Təbii fəlakət zamanı həlak olanlar, dağıntı və sunami təhlükəsi barədə hələlik heç bir məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə